Dünya
İŞİD-in baş hakeri öldürüldü
ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində İngiltərədən “İslam dövləti” (İŞİD) terror qruplaşmasına qoşulan 21 yaşlı Cünayd Hüseyn öldürülüb.
Publika.az CNN-ə istinadən xəbər verir ki, Cünayd Hüseyn İŞİD-də kibertəhlükəsizlik üzrə əsas ekspert idi və qruplaşmanın “Kiberxalifat” adlı haker qrupuna başçılıq edirdi.
Pilotsuz təyyarəsinin zərbəsi İŞİD-in paytaxt elan etdiyi Rakka şəhərində endirilib. Cünayd Hüseynin məhz hansı avtomobillə hərəkət edəcəyi barədə kəşfiyyat məlumatları əldə olunduqdan sonra dron havaya qalxıb və Hüseyn avtomobildən çıxan kimi zərbə vurulub.
“Biz yüksək dərəcədə əminik ki, Cünayd Hüseyn öldürülüb”, - ABŞ-ın yüksəkvəzifəli məmurlarından biri informasiyanı təsdiqləyib.
Məhz onun yarım il “YouTube”un rəsmi kanalını və ABŞ-ın Mərkəzi hərbi komandanlığının (CENTCOM) “Twitter”dəki mikrobloqunu sındırdığı bildirilir. Bu, İŞİD-in etdiyi ən böyük kiberhücumlardan biri idi.
Yaşının az olmasına baxmayaraq, Hüseyn xüsusi xidmət orqanları arasında məşhur idi. O, yalnız haker deyildi, həm də “Kiberxalifat” qrupuna tərəfdarlarını cəlb edir və onlara təlim keçirdi. İngiltərəli 2012-ci il haker “karyerası”na başlayıb və ilk olaraq İngiltərənin baş naziri Toni Bleyrin şəxsi poçtunu sındırıb və buna görə 6 aylıq həbs cəzası alıb.
O, 2013-cü ildə İŞİD-ə qoşularaq yaxşı bacardığı işi burada görməyə başlayıb.
Ömər Dağlı
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı