Dünya
Ərdoğan ölən uşaqdan danışdı: “Balinaya görə dünyanı ayağa qaldıranlar...”
“Ağdənizdə batan gəmidə ölən 3 yaşlı uşağın cəsədini
dalğalar Türkiyə sahillərinə çıxardı. Bir balinanın cəsədi sahildə
tapılanda dünyanı ayağa qaldıranlar bunu hesabını
verəcəkmi?”
Publika.az xəbər verir ki, bu barədə Türkiyə
Prezidenti Rəccəb Tayyip Ərdoğan G20 sammitinin açılış mərasimində
çıxışı zamanı deyib.
Ərdoğan daha sonra BMT-yə səslənib.
“Yalnız 5 ölkənin mənfəəti daxilində qərar verən Birləşmiş
Millətlər Təşkilatı bu faciənin altında əziləcək. Dünya 5 ölkədən
daha böyükdür. Lakin Ərdoğan danışanda dünya mediası tənqid edir.
Mən haqqı söyləməkdə davam edəcəm. Qərb mərkəzli dünyanın geridə
qaldığını, çoxmərkəzli dünyanın önə çıxdığını qəbul etməliyik.
Ağdənizin Şərq sahillərində qayıqlara, gəmilərə minən insanlar,
yaşamaq uğrunda ölürlər. Ağdənizdə boğulan sadəcə qaçanlar deyil,
insanlığımızdır”.
Türkiyə Prezidenti qeyd edib ki, bu gün onun ölkəsi Suriyadan qaçan
2 milyondan çox insanın yaşayışını təmin edir: “Amma Avropada bu
rəqəm sadəcə 200 mindir. Biz insanlıq üçün mübarizə aparmaqda davam
edəcəyik. İndiyə qədər bu insanlar üçün 6,5 milyard dollar
xərcləmişik. Lakin bu problemin yalnız bizim üzərimizə yükləmək də
doğru deyil”.
Asif Nərimanlı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO