Dünya
Xəzərdən sonra Baltika: Putin qoşun yeritdi - müharibə ssenarisi
Rusiya Belarusla birgə Baltik dənizində “İttifaq Qalxanı - 2015” adı altında donanmanın hərbi təlimlərinə başlayıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün səhər həyəcan siqnalı ilə Rusiyanın Baltik dənizindəki hərbi donanması Belarusla birgə hərbi təlimlərə start verib.
Bu günlərdə Rusiya mərkəzi hərbi birləşmələrin gücünün qəfil
yoxlanışını həyata keçirib. Yoxlamalar zamanı İvanovski, Ulyanov və
Volqoqrad ərazilərindəki hava desant qoşunlarının müharibə
hazırlığı nümayiş olunub.
Buna paralel olaraq, Rusiyanın Xəzərdə 40 gəmi ilə hərbi təlim
keçirməsi də diqqətlərdən yayınmır. Moskva döyüş təyyarələrinin
hazırlığını da yoxlamaqda davam edir.
Ekspertlər, NATO-nun Şərqə doğru genişlənməsi fonunda Rusiyanın narahatlıq keçirdiyini bildirirlər. Xüsusilə, iki bölgəyə diqqət yönəldilir: Cənubi Qafqaz və Baltikyanı. NATO Baltikyanı ölkələrdə öz mövqelərini möhkəmləndirib. Bu günlərdə Şimal Alyansının Gürcüstanda hərbi baza açması Rusiya üçün ciddi siqnaldır. Bu baxımdan, Moskvanın hər iki dənizdə hərbi donanmasının təlim keçirməsi müharibə hazırlığı ilə yanaşı, NATO-ya “əzələ nümayişi” olduğu kimi də şərh edilir.
Asif Nərimanlı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO