Dünya
Davudoğlu sədr oldu, 6 nazir AKP-dən çıxarıldı – SİYAHI
Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 5-ci Qurultayı keçirilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qurultayda AKP sədrliyinə, İdarə Heyəti üzvlüyünə və mərkəzi orqanlarına seçkilər olub.
Qurultayda 1380 nümayəndənin imzası ilə AKP-nin yeni sədri partiyanın Konyadan olan millət vəkili Əhməd Davudoğlu seçilib.
Həmçinin, AKP-nin İdarə Heyətinin 50 nəfərlik yeni üzvlərinin də adları bəlli olub. AKP-nin İdarə Heyətinin yeni üzvləri arasında Ərdoğana yaxınlığı ilə tanınan Türkiyənin nəqliyyat naziri Binali Yıldırım, Türkiyə Prezidentinin Baş mətbuat katibi Burhan Kuzu, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak kimi şəxslərin olması diqqət çəkib.
Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Cəmil Çiçək də AKP-nin İdarə Heyətinə üzv seçilib.
Ancaq Türkiyənin sabiq nazirləri Bülent Arınç, Əli Babacan, Mehmet Şimşək, Sadullah Ergin, Taner Yıldız, Cevdet Yılmaz və AKP-nin mətbuat katibi Bəşir Atalay siyahıda yer almayıb.
Vasif Həsənli
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR