Dünya
Ərdoğan terroru dəstəkləyən ölkələrə müraciət etdi
“Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!?”
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Beynəlxalq Ombudsman Simpoziumda çıxış edərkən deyib.
Terrora dəstək verənlərin ölkənin xaricində olduğunu vurğulayan
Ərdoğan dünyaya səslənib:
“Türkiyəni bölmək, milləti parçalamaq sizə nə qazandıracaq!?
Atdığınız hər addım boşa çıxacaq. Millətimiz tarixindən aldığı
güclə bu mübarizədən də qalib çıxacaq. Millətimiz içindəki ağrıya
baxmayaraq, oynanılan oyunu görür. Terror təşkilatları ölkənin bəzi
bölgələrində çirkli oyunlar oynayaraq vətəndaşla dövləti
qarşı-qarşıya gətirmək istəyirlər”.
Dövlət başçısı terror və onu dəstəkləyənlərin yox olacağını dilə
gətirib:
“Sabah Ərdoğanın vəzifə müddəti başa çatacaq, başqası gələcək. Amma
bu dövlət əbədi yaşayacaq. Dünən bu ölkəyə xəyanət edənlər yox olub
getdilər. Bu gün də yox olub gedəcəklər. Bu çətin günlər keçib
gedəcək və biz yenə qardaş kimi yaşayacağıq”.
Türkiyə prezidenti Suriya rejiminə dəstək verən İran və Rusiyanı
da sərt tənqid edib:
“Bəzi ölkələr Suriyaya döyüş təyyarələri göndərirlər. Rəcəb Tayyib
Ərdoğan bunu deyəndə səfirimiz Xarici İşlər Nazirliyinə çağırılır.
Bunu mən söyləmirəm. Onların özləri etiraf edirlər”.
Rübabə
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO