Bir gün avtomobilsiz
Bizi izləyin

Dünya

Bir gün avtomobilsiz

Bu gün avtomobilsiz dünya günüdür.

Publika.az xəbər verir ki, 22 sentyabr bütün dünyada gəzinti piyada, velosiped və ya ictimai nəqliyyat vasitəsilə həyata keçirilir. Günün əsas şüarı isə “şəhər insanlar üçün və həyat üçün yerdir”.

Avtomobillərin həddindən çox olması təkcə böyük şəhərlərin problemi deyil. Bu artıq çoxdan qlobal problemə çevrilib. Mütəxəssislər hesab edirlər ki, avtonəqliyyat planetin biosferasını zədələyir və hər gün 3000-dən çox insanın ölümünə səbəb olur. Hər dəqiqə isə konveyerdən yeni bir qatil avtomobil çıxır – statistika belədir.

Dünyada avtomobilsiz gün ənənəsinin əsası 1997-ci ildə İngiltərədə qoyulub və daha sonra Fransaya da keçib. İlk vaxtlar bu ənənə yalnız 20-yə yaxın şəhərdə qeyd olunurdusa, artıq 2001-ci ildən dünyanın 35 ölkəsindən mindən çox şəhər rəsmi olaraq bu aksiyaya qoşulub. Bu ölkələrdə insanların əksəriyyəti ictimai nəqliyyatdan istifadə edirlər.

Qeyd edək ki, dünyada ilk avtomobilin 1908-ci ildə amerikalı mühəndis Henri Ford tərəfindən əsası qoyulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm