Dünya
İŞİD nüvə hücumuna hazırlaşır – ŞOK İDDİA
İŞİD Qərbə qarşı nüvə hücumu planlaşdırır.
Publika.az xəbər verir ki, bu iddia ilə İŞİD
döyüşçüləri arasında 10 gün keçirən almaniyalı jurnalist Jürgen
Todenhöfer çıxış edib.
“İnside İS – Ten Days İn The İslamic State” (İŞİD-lə 10 gün) adlı
kitab yazan jurnalist əldə etdiyi məlumatları və terror
təşkilatının gələcək planları haqda informasiyaları ictimaiyyətə
açıqlayıb.
J. Todenhöfer bildirib ki, ABŞ-ın Yaxın Şərq siyasətini tənqid
etdiyi üçün İŞİD ona bölgəyə girməyə icazə verib. Bölgəyə
getməmişdən öncə İŞİD üzvləri ilə “Skype” üzərindən aylarla
danışıqlar aparan jurnalist bildirib ki, ona qeyd aparmaq üçün
cihazlardan istifadə etməyə icazə verilmədiyindən əlində konkret
fakt yoxdur. Lakin İŞİD üzvləri ilə üz-üzə apardığı söhbətlərə
əsaslanaraq, 75 yaşlı Todenhöfer terror təşkilatının Avropaya nüvə
hücumuna hazırlaşdığını iddia edir.
Onun sözlərinə görə, İŞİD-in vəhşiliyi internetdə yayılan video
görüntülərdən daha betərdir.
“Onlar bu günə qədər gördüyüm ən vəhşi, ən təhlükəli düşmənlərdir.
İŞİD-in qarşısını almaq çox çətindir və bu təşkilatı yalnız ərəblər
dayandıra bilər”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri