Putin və Poroşenko danışıqlar masasına əyləşir
Bizi izləyin

Dünya

Putin və Poroşenko danışıqlar masasına əyləşir

Bu gün Parisdə “Normandiya dördlüyü”nün sammiti keçiriləcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, sammitdə iştirak edəcək Rusiya, Almaniya, Fransa və Ukraynanın liderləri Donbas hövzəsində seçkilərin keçirilməsi, qoşunların təmas xəttindən aparılması, münaqişə bölgəsində ATƏT-in missiyasının fəaliyyəti və digər məsələləri müzakirə edəcəklər.

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransua prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko “Normandiya formatı” üzrə danışıqlardan başqa, bir sıra ikitərəfli görüşlər keçirəcəklər. Vladimir Putinin Angela Merkel və Fransua Ollandla görüşəcəyi planlaşdırılıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya liderinin Pyotr Poroşenko ilə ikitərəfli danışıqları nəzərdə tutulmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm