Dünya
Türkiyədə rus qırıcılarına görə gecə yarı toplantı

Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gecə Çankayada Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə saatı ilə gecə saat 22:45-də başlayan toplantı saat 01.35-ə qədər davam edib.
Toplantıda baş nazirin müavinləri - Yalçın Akdoğan, Tuğrul Türkeş, daxili işlər naziri Selami Altınok, ədliyyə naziri Kenan İpek, MİT rəhbəri Hakan Fidan, Quru Qoşunları komandanı, general Salih Zeki Çolak, Dəniz Qüvvələri komandanı, admiral Bülent Bostanoğlu, Hərbi Hava Qüvvələri komandanı, general Abidin Ünal, 2-ci baş qərargah rəisi, general Yaşar Güler, Jandarma komandanı, general-leytenant İbrahim Yaşar, AKP-nin İstanbuldan olan millət vəkili Ali Sarıkaya, Baş nazirin müşaviri Kemal Madenoğlu, Baş polis rəisi Celalettin Lekesiz və digər əlaqəli şəxslər iştirak ediblər.
Toplantıda çıxış edən baş nazir Ə.Davudoğlu Rusiya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrin Türkiyə hava məkanını pozmasına görə NATO-nun Türkiyəyə verdiyi dəstəyi yüksək dəyərləndirib.
Ə.Davudoğlu qeyd edib ki, Türkiyə daxilində terrora qarşı hərbi əməliyyatlar davam etdiriləcək.
Toplantıda Suriya və İraq məsələləri də müzakirə olunub.
Vasif Həsənli

-
ABŞ22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin222:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu