“Rusiya hesablamada böyük səhvə yol verir”
Bizi izləyin

Dünya

“Rusiya hesablamada böyük səhvə yol verir”

Baş ofisi Vaşinqtonda yerləşən “Brookings Institution” Tədqiqatlar İnstitutunun eksperti Riçard Kozlariç Ankara və Moskva arasındakı təbii qaz mübahisəsini şərh edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, analitik Rusiyanın hesablamada böyük səhvə yol verdiyini bildirib.

“Rusiyanın Türkiyə qaz bazarına ehtiyacından daha çox Türkiyənin rus qazına ehtiyacı var” şəklində düşüncə Rusiyanın səhv hesablamalarından biridir. Türkiyə təbii qaza olan tələbatının 57 faizini Rusiya qazı hesabına ödəyir. Yeni mənbələr tapmaq çətin ola bilər. Qısa müddətdə İran, yaxud da Azərbaycanın Türkiyəyə qaz ixracını artıracağını gözləyə bilmərik. Ancaq Türkiyə yeni mayeləşdirilmiş təbii qaz təsisləri quraraq vəziyyətdən çıxa bilər. Türkiyənin bəyanatlarını kifayət qədər ciddi qəbul etməyən Rusiya səhv edir”, - Kozlariç deyib.

Türkiyənin Almaniyadan sonra Rusiyanın ikinci ən böyük qaz müştərisi olduğunu xatırladan ekspert hesab edir ki, Türkiyənin yerini doldurmaq çox çətin ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm