Rusiya SSRİ-nin Çinə olan borcunu tamamilə ödədi
Bizi izləyin

Dünya

Rusiya SSRİ-nin Çinə olan borcunu tamamilə ödədi

Rusiya keçmiş SSRİ-nin Çinə olan borcunu tamamilə ödəyib.

Publika.az “RİA-Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin xəbərində deyilir.

İdarənin məlumatına görə, Moskva Pekinə 400,97 milyon isveçrə frankı ödəyib. Maliyyə Nazirliyindən bildirirlər ki, borcun ümumi məbləği 451,13 milyon frank idi. Bunun 50,16 milyon frankı Rusiya sənaye məhsulları ilə ödənilib.

Rusiya 2013-cü ildə SSRİ-nin Çexiya (3,6 milyard dollar), Çernoqoriya (18 milyon dollar) və Finlandiyaya (30 milyon dollar) olan borcunu ödəyib.

Mərkəzi Bankın son məlumatına görə, Rusiyanın xarici borcu 521,61 milyard dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm