Ərdoğan və Putin Moskvada görüşəcək
Bizi izləyin

Dünya

Ərdoğan və Putin Moskvada görüşəcək

Dekabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib. Səfirin sözlərinə görə, görüş Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısında baş tutacaq.

Qeyd edək ki, Rusiyanın Suriyada başladığı hava əməliyyatları üzündən Ankara və Moskva arasında münasibətlər soyuyub. Rus qırıcılarının Türkiyənin hava məkanını pozması Türkiyə tərəfindən çox sərt qarşılanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm