Dünya
Davudoğlu: “Terror partlayışları sifarişçilərinin əlaltılarını müəyyənləşdirdik”

Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə gün bundan əvvəl Ankarada baş vermiş terror partlayışlarının sifarişçilərinin müəyyənləşdirilməsi ilə bağlı təhqiqat işinin gedişindən danışıb.
Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, baş nazir yerli telekanallardan birinə müsahibəsində terror partlayışlarının təşkilatçılarının müəyyənləşdirilməsi işində yeniliyin olduğunu deyib:
“Biz terror partlayışları sifarişçilərinin əlaltılarını müəyyən etdik. İndi isə həmin əlaltıları yönəldənlərin müəyyənləşdirilməsinin ikinci mərhələsindəyik.
Bunu çox qürurla ifadə etmək istəyirəm – terror hücumunun sifarişçilərinin müəyyənləşdirilməsinin ikinci mərhələsində bəzi ünsürləri müəyyən etdik. Bu olayda digər əli olanları üzə çıxarmaq istiqamətində gərgin əmək sərf edirik".
Baş nazir qeyd edib ki, terrorçuların bir hədəfi var: “Bu hədəfə çatmaq üçün isə xaos şəraiti mövcuddur. Xaosdan təxribat yaratmaq üçün yararlanmağa çalışırlar”.
Anar

-
Qoroskop00:15
Günün ULDUZ FALI: çətinliklər yarana bilər
-
Qarabağ 00:00
Erməni ordusunun qalıqları Xocalıdan çıxarılır - VİDEO
-
Sosial13 Avqust 23:00
Bakıda AĞIR QƏZA: "Cəsur döyüşçü" həyatını itirdi - FOTO
-
Sosial13 Avqust 22:49
"Çort poberi": Biz Bakıdayıq... - Paytaxtdan XÜSUSİ REPORTAJ
-
Dünya13 Avqust 21:49
Pakistanda təbii fəlakət CAN ALIR: ölüm sayı 182-yə yüksəldi
-
ABŞ13 Avqust 20:31
Salman Rüşdini bıçaqlayan şəxs HƏBS EDİLDİ
-
Dünya13 Avqust 19:24
Asiyada GƏRGİNLİK: 13 Çin təyyarəsi Tayvan boğazından keçdi
-
Hadisə13 Avqust 19:00
Üçüncü kurs tələbəsi faciəli şəkildə həyatını itirdi