Dünya
İŞİD-in Türkiyədəki bomba anbarı: kəmər tikəcəkdilər, amma...
Oktyabrın 10-da Ankarada baş verən terror aktından sonra aparılan istintaq çərçivəsində Ankara Respublika Baş prokurorluğu 2 gün əvvəl Qaziantepdə şübhəlilərin anbar olaraq istifadə etdikləri ünvanlarda çoxlu sayda silah-sursat tapmışdı.
Publika.az xəbər verir ki, bu informasiyanın ardınca Qaziantepə gedən “Habertürk”ün jurnalist qrupu İŞİD-in bomba anbarı olaraq istifadə etdiyi və kamikadze üçün ləvazimatların olduğu anbara girib.
Avtomatik qapıları polis tərəfindən qırılan “iş yeri”nin birinci mərtəbəsində bomba üçün istifadə olunan ləvazimatların olduğu çantalar, masa üzərində bomba üçün istifadə edilən toz maskası və dəmir çubuqlar tapılıb. İkinci mərtəbədə isə dini kitablar və bir masa üzərində mətbəx əşyaları olub.
Adını söyləməyən obyektin sahibi oranın 4 ay əvvəl icarə götürüldüyünü deyib: “Avtomatik qapıları həmişə bağlı idi, amma içəridən səs gəlirdi. Biz oranın paltar atelyesi olduğunu düşünürdük. Hətta obyekti icarəyə götürəndə kəmər tikiləcəyini bildirmişdilər. Amma içəridə kamikadze kəmərləri tikirmişlər”.
İŞİD-in silah anbarının yanındakı mağazada çalışan suriyalı Rəmziyə Şahames isə bunları söyləyib: “Bir dəfə 4 nəfər mağazaya gəldi. Mənim haralı olduğumu soruşdular. Mən Rakkadan gəldiyimi söylədim. Niyə gəldiyimi soruşanda bildirdim ki, orada İŞİD var, insanları öldürürlər. Mənə güldülər”.
Polis Qaziantepdə təşkil etdiyi əməliyyatlarda 2,5 ton amonium nitrat, 10 intihar kəməri, 60 kiloqram TNT, 3683 ədəd patron, 10 paket kimyəvi partlayıcı, bomba istehsalında istifadə edilən kükürd, kamikadze kəmərinin tikilməsi üçün istifadə olunan maşın, 1 ədəd boş TNT qəlibi, bomba istehsalında istifadə edilən vəsaitlər, 25 qumbara, 1 ov tüfəngi və 6 “Kalaşnikov” avtomatı ələ keçirmişdi.
Ömər Dağlı
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO