Putinin köməkçisi quru əməliyyatından danışdı: “Bunsuz mümkün deyil...”
Bizi izləyin

Dünya

Putinin köməkçisi quru əməliyyatından danışdı: “Bunsuz mümkün deyil...”

Suriya ordusunun müvəffəqiyyətli quru əməliyyatları olmadan “İslam dövləti” (İŞİD) üzərində qələbə qazanmaq qeyri-mümkündür.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın BBC telekanalına müsahibəsində bildirib.

“Bizim hədəfimiz Suriya ordusunun gücləndirilməsindən ibarətdir. Çünki başqa yol mövcud deyil. Quru əməliyyatlar olmadan hava əməliyyatları müvəffəqiyyət gətirməyəcək. Terrorçulara qarşı müvəffəqiyyətli quru əməliyyatını isə yalnız Suriya ordusu həyata keçirə bilər”, - Peskov deyib.

Onun sözlərinə görə, Suriya probleminin siyasi yolla həllini terrorçular üzərində qələbədən sonra düşünmək lazımdır: “Hazırda buna nail olmaq mümkün deyil”.

Dmitri Peskov vurğulayıb ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll edə bilər: “Nə Paris, nə London, nə Vaşinqton, nə də Moskva Suriya prezidentinin kim olacağını müəyyənləşdirmək hüququna malik deyil. Bu hüquq Suriya xalqına məxsusdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm