Hərbi ekspert: “İrəvandakı raketlərimizin hədəfi Türkiyədir”
Bizi izləyin

Dünya

Hərbi ekspert: “İrəvandakı raketlərimizin hədəfi Türkiyədir”

Rusiyanın Ermənistanla birgə yaradacağı raket əleyhinə müdafiə sistemi Azərbaycana qarşı yox, Türkiyəyə qarşı yönəlib.

Axar.az xəbər verir ki, bunu “rueconomics.ru” saytına açıqlamasında rusiyalı hərbi ekspert Anatoli Çıqanov söyləyib. Onun sözlərinə görə, Moskva Türkiyəni NATO-nun üzvü olan ölkə kimi görür:

“Məhz buna görə də biz özümüz üçün həyati əhəmiyyət kəsb edən cənub sərhədlərimizi gücləndiririk. Digər bir tərəfdənisə Türkiyə elə bir yerdir ki, orada radikal Şimali Qafqaz qruplaşmalarına loyal münasibət göstərirlər”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Nazirlər Kabineti Ermənistanla vahid raketdən müdafiə sistemlərinin yaradılması haqqında müqaviləni təsdiq etmişdi. Üstəlik, oktyabrın 15-də hər iki ölkənin hərbçiləri raket əleyhinə müdafiə sistemləri və qırıcıların iştirakı ilə təlim keçirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm