Öcalan: “Məni ölmüş bilin”
Bizi izləyin

Dünya

Öcalan: “Məni ölmüş bilin”

Türkiyənin Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili Sırrı Sürəyya Öndər PKK lideri Abdullah Öcalanla son görüşləri barədə CNN-Türk kanalında ictimaiyyətə məlumat verib.

Axar.az xəbər verir ki, Sürəyya Öndər Öcalanla İmralı həbsxanasında son görüşün 6 apreldə baş tutduğunu bildirib.

“Hökumət ciddi deyil. Bu sizinlə son görüşüm ola bilər. Əgər hökumət işi yenidən qarşıdurma həddinə çatdırsa, demokratikləşmə addımı atmasa və sizi İzləmə Heyəti ilə göndərməsə, məni ölmüş bilin. Buraya da gəlməyin”, - Öcalan görüş zamanı qəti şəkildə bizə dedi”.

Qeyd edək ki, 2009-cu ildən etibarən Türkiyə ilə PKK arasında sülh danışıqları başlayıb. PKK-nın iki polisi şəhid etməsindən sonra türk ordusu 2015-ci ilin 24 iyulunda terror qruplaşmasına qarşı əməliyyatlara start verib. Bununla da sülh danışıqları dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm