Timoşenko Yanukoviçin zirehli “Mercedes”ini oğurlayıb
Bizi izləyin

Dünya

Timoşenko Yanukoviçin zirehli “Mercedes”ini oğurlayıb

Kiyevin patrul xidməti “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun keçmiş prezident Viktor Yanukoviçin avtoparkından oğurlanmış zirehli “Mercedes-Benz S600L” avtomobilindən istifadə etdiyini təsdiqləyib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Avromeydan” hərəkatı “Facebook”dakı səhifəsində yazıb.

Hərəkatın nümayəndələri Kiyev patrul xidmətinə göndərdiyi sorğusuna rəsmi cavab alıblar. Cavabda qeyd olunub ki, dövlət nömrə nişanı MYIN AA 0100 və kuzov nömrəsi WDD 2211761A395027 olan “Mercedes-Benz S600L” axtarışda olub. Daxili İşlər Nazirliyinin əməkdaşları sentyabrın 24-də Kiyevdə “Batkivşina”nın ofisinə gəliblər. Axtarışlar zamanı burada kuzov nömrəsi WDD 2211761A395027 olan qara zirehli “Mercedes-Benz S600L” aşkarlanıb. Amma avtomobilin nömrəsi AA 2992 KR olub.

Qeyd edək ki, ötən ilin aprelində “Kiyevuniversalservis” şirkətinin (Yanukoviçin avtoparkı şirkətin nəzarətində idi) direktor müavini Daxili İşlər Nazirliyinin Peçerski rayon idarəsinə müraciət edib. Müraciətdə bildirilirdi ki, naməlum şəxslər MYIN AA 0100 nömrəli maşını müsadirə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm