Müxalifət əsir Suriya əsgərlərindən canlı sədd düzəltdi - VİDEO
Bizi izləyin

Dünya

Müxalifət əsir Suriya əsgərlərindən canlı sədd düzəltdi - VİDEO

İslam Ordusu təşkilatı əsir götürdüyü Suriya əsgərləri və şiə vətəndaşları qəfəsə salaraq onlardan canlı qalxan kimi istifadə edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, daha əvvəllər “loyal" adlandırılan “Ceyş'ül İslam” təşkilatı əsirləri Suriyanın paytaxtı Dəməşqin şimali-şərqindəki Şərqi Guta bölgəsində tutub.

Yayılan videodan görünür ki, qəfəslərdəki insanlar rejim güclərinin hava hücumlarından müdafiə olunmaq üçün qalxan kimi istifadə olunurlar. Qəfəslərdəki əsirlər isə hökumət güclərindən Şərqi Gutaya hücumların dayandırılmasını xahiş edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm