“Qara qutu”ların şifrləri açılır – Təyyarə partladılıb
Bizi izləyin

Dünya

“Qara qutu”ların şifrləri açılır – Təyyarə partladılıb

Misirdə qəzaya uğrayan Rusiyaya məxsus “Airbus A321” sərnişin təyyarəsinin “qara qutu”larının şifrləri barədə ilkin məlumatlar açıqlanıb.

Publika.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal” nəşri pilotların öz aralarında təyyarənin texniki nasazlıqları haqqında danışmadıqlarını yazıb.

Nəşrin məlumatına görə, ekipaj üzvlərində ştatdankənar vəziyyətə reaksiya vermək üçün praktik olaraq imkan yox idi.

Qeyd edək ki, dünən Misirin paytaxtı Qahirədəki məlumatlı mənbə də bildirib ki, pilotlar nasazlıq haqqında informasiyalara malik olmayıblar. “Dispetçerlərlə ekipajın danışıqlarının yazısı göstərir ki, layner radarlardan itməzdən əvvəl “ştat uçuşu üçün qeyri-xarakterik səslər” olub, ancaq pilotlar fəlakət siqnalını verməyiblər. Ekipaj dispetçerlərlə adi danışıqlar aparırdı və texniki nasazlıq barədə heç nə bildirilməyib. Danışıqların yazısına görə, ştatdankənar vəziyyət qəflətən olub və ekipaj üçün gözlənilməz vəziyyət yaradıb”, - mənbə deyib.

Cəsədlərin tanınma prosesini həyata keçirən Misir məhkəməsinin tibbi eksperti bildirib ki, qurbanların zədələrinin xarakteri partlayışın laynerin içində olduğunu göstərir.

Misir hökumətinin bəyanatına əsasən, Rusiya laynerinin “qara qutular”ın oxunması və qəza haqqında məruzənin hazırlanması dörd həftə çəkə bilər.

Fransalı ekspert Jerar Feldzer isə bildirib ki, “qara qutular”ın şifrlərini Rusiya və ya Fransada açmaq lazımdır. Onun sözlərinə görə, Misir mütəxəssislərinə məlumatların şifrlərini açmağa Rusiya ekspertləri kömək edə bilər. Ekspert qeyd edib ki, şifrlərin açılması üçün xüsusi avadanlıqlar lazımdır və bunlar Misirdə yoxdur.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm