İŞİD 224 nəfərin ölümünü belə qeyd etdi
Bizi izləyin

Dünya

İŞİD 224 nəfərin ölümünü belə qeyd etdi

İŞİD terror təşkilatı Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğramasını şəkər paylamaqla qeyd edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD tərəfindən dərc olunan görüntülərdə İraqın Ninova şəhərində təşkilat üzvlərinin insanlara şəkər payladıqları görünür.

Daha sonra aralarında rus dilində danışanların da olduğu İŞİD terrorçuları kamera qarşısına keçərək sərnişin təyyarəsinin qəzasına görə məsuliyyəti üzərinə götürən İŞİD-in Misirdəki qolu olan “Sinay Vilayəti” adlı təşkilatdan fəxrlə danışırlar. Rus dilində danışan terrorçular Rusiyanı növbəti hücumlarla təhdid ediblər.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Qəzaya görə, məsuliyyəti İŞİD-in Sinay yarımadasındakı qolu üzərinə götürüb. Lakin Qahirə və Moskva bu iddiaları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm