Türkiyənin planı hazırdır – Hərbi müdaxilə an məsələsidir
Bizi izləyin

Dünya

Türkiyənin planı hazırdır – Hərbi müdaxilə an məsələsidir

“İŞİD terror təşkilatına qarşı hərbi planlarımız var. Yaxın vaxtlarda görəcəksiniz. Hamımız bu İŞİD təhlükəsinə qarşı dayanmalıyıq”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərində təşkil edilən “Yaxın Şərqin gələcəyi” konfransında Türkiyə xarici işlər naziri Feridun Sinirlioğlu deyib.

İraq və Suriyada İŞİD-in Türkiyə üçün də təhdid yaratdığını deyən Sinirlioğlu terror təşkilatına qarşı mübarizədə İraq və kürd muxtariyyətinə yardım edəcəklərini qeyd edib: “İŞİD həyat tərzimizi və təhlükəsizliyimizi təhdid edir. İŞİD və bütün terror təşkilatlarının məhv edilməsi üçün mübarizəmizi davam etdirəcəyik. İŞİD-ə qarşı yaxın günlərdə hərbi olaraq hərəkətə keçmək barədə planlarımız var. Hamımız birlikdə bu təhlükəyə qarşı dayanmalıyıq”.

PKK məsələsində də danışıqların terrorla əvəzlənməsindən təəssüfünü ifadə edən xarici işlər naziri verilən sözlərin yerinə yetirilmədiyini qeyd edib: “Abdullah Öcalan həbsxanadan PKK-nın bütün silahlı qruplarının Türkiyəni tərk edəcəyini elan etdi. İyun, iyul, avqust ayları keçdi, lakin hər hansı bir addım atılmadı. PKK-nın verdiyi sözlərə əhəmiyyət vermədiyi ortaya çıxdı. Qarşıdurmalara başlayaraq dialoqa son qoydular. PKK Türkiyədə xaos yaratmaq istədi. Şübhəsiz ki, buna cavab verilməli idi. Biz demokratik və dinc yollarla problemin həll edilməsinin tərəfdarı idik. Lakin onlar silaha əl atanda, siz yerinizdə dayana bilməyəcəksiz. Siz hücumlara siyasətlə cavab verə bilməzsiniz”.

Sinirlioğlu PKK-nın heç bir şəkildə kürdləri təmsil etmədiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm