Dünya
İtkin düşən təyyarəyə görə uyğurlardan şübhələndilər
Malayziya Hava Yollarına məxsus olan təyyarənin qəribə bir şəkildə yoxa çıxmasından sonra şübhələr bu dəfə Çinin separatçı uyğurlarına tərəf çevrildi.
Publika.Az türk mediasına istinadən xəbər verir ki, Malayziya polisi təyyarədəki sərnişinlər arasında vətəndaşı olan ölkələrin kəşfiyyat xidmətlərindən kömək istəyib.
Çinin Sintszyan-Uyğur Muxtar Bölgəsində yaşayan müsəlman uyğurların təyyarənin yoxa çıxmasında barmaqları ola biləcəyinə dair fərziyyələr irəli sürülür.Uyğur qruplaşması daha əvvəllər də Çinin daxilində hücumlar təşkil edib və "Əl- Qaidə"nin olduğu Əfqanıstan- Pakistan sərhədindəki döyüşlərdə uyğurların da iştirak etdiyi təyin olunub.
Gözlərin uyğurlara döndərən Çin təyyarədə olan vətəndaşlarının keçmişlərini və əlaqələrini də ayrılıqda araşdırıb.Kuala Lumpurdakı Çin səfiri təyyarədəki Çinli sərnişinlərin terrorizmlə hər hansı bir əlaqələri olmadığını açıqladı.
Səfirin bu şərhi ilə uyğurların barmağı ola biləcəyi təyyarənin yoxa çıxması nəzəriyyələrin də əsassız olduğunu göstərir.
C. Axundzadə
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi