Avropaya 3 milyondan çox miqrant gələcək
Bizi izləyin

Dünya

Avropaya 3 milyondan çox miqrant gələcək

2017-ci ilin sonunadək Avropaya 3 milyondan çox miqrant gələcəyi gözlənilir.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyan edib. Avropa Birliyinin icraçı orqanı həmçinin bildirib ki, bu Avropa Birliyində 0,3 faizədək iqtisadi artıma səbəb olacaq.

Həmçinin BMT-nin qaçqınlar üzrə idarəsi bəyan edib ki, 2015-ci ilin noyabrından 2016-cı ilin fevralınadək Türkiyədən Avropaya gündəlik 5 minədək qaçqın keçəcəyi gözlənilir.

Hesabatda qeyd edilir ki, qarşıdan qış gəldiyinə görə çətin hava şəraiti Yunanıstan və ordan Balkan ölkələrinə keçməyə can atan miqrantlar arasında yeni itkilərə səbəb ola bilər.

Təkcə bu il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya 760 mindən çox qaçqın keçib.

Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm