Bütün aviareyslər dayandırıldı
Bizi izləyin

Dünya

Bütün aviareyslər dayandırıldı

Rusiyadan Misirə bütün təyyarə reysləri dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkə başçısı Vladimir Putin hökumətə göstəriş verib. Məlumata görə, Misirdə qəzaya uğrayan Rusiya layneri ilə əlaqədar noyabrın 6-da Moskvada Milli Terrorla Mübarizə Komissiyasının iclası keçirilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov şərhinə görə, yığıncaqda Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov Prezident V.Putinə Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiyaya məxsus sərnişin təyyarəsi ilə əlaqədar istintaq işi bitənə kimi bu ölkəyə bütün uçuşların dayandırılmasını təklif edib. Bu təklifi qəbul edən V.Putin bununla bağlı lazımlı tədbirlərin görülməsi üçün tapşırıq verib.

Rusiya Federal Turizm Agentliyindən isə Prezident V.Putinin bu qərarı ilə bağlı Misirdəki rus turistlərin ölkəyə gətirilməsi üçün müvafiq işlərə başlanıldığı bildirilib.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm