Kraliça müharibə qurbanlarını yad edib
Bizi izləyin

Dünya

Kraliça müharibə qurbanlarını yad edib

Kraliça II Yelizaveta bazar günü Böyük Britaniyanın müharibə qurbanlarının xatirinə keçirilən Rememberance Sunday (Anma Günü) mərasiminə başçılıq edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Londonun mərkəzindəki Whitehall küçəsində keçiriləcək mərasimə monarxla yanaşı, Baş Nazir David Cameron və siyasi partiya nümayəndələri də qoşulub.

Bakı vaxtilə saat 3-də ölkənin hər yerində minlərlə insan iki dəqiqəlik sükut etməklə ölənləri yad edib. Daha sonra abidəyə çələnglər qoyulub və veteranlar marşı keçirilib.

Hazırda Böyük Britaniyanın hər yerində I və II Dünya Müharibəsi, eləcə də digər münaqişələr zamanı həyatını itirmiş şəxslər yad edilir.

Bu il müharibələrdə həyatını itirmişlərin xatirinə qoyulmuş Cenotaph adlanan abidə qarşısında mərasim veterenları çox ayaq üstə saxlamamaq məqsədilə əvvəlki illərə nisbətən daha qısadır.

İndiki mərasim zamanı da London Qalasında əkilmiş keramik lalə güllərinin göstərişi keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm