Eboladan xəbər var
Bizi izləyin

Dünya

Eboladan xəbər var

Sierra Leone Ebola virusundan xilas olub.

Publika.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı rəsmi bəyanat yayıb. Məlumata görə, son 42 gün ərzində heç kimdə xəstəliyin əlamətləri tapılmayıb.

Ebolanın kökünün kəsilməsini yerli sakinlər qurbanların xatirinə şam yandırmaqla, bəziləri isə rəqs etməklə qeyd edib.

Virus son 18 ayda ərzində Sierre Leoneda 4 minə yaxın insanı öldürüb. Sentyabr ayında bu virusdan qurtulan qonşu Liberiada isə 4800 nəfər həlak olub. Qvineya da isə hələlik xəstəliyin olması barədə məlumatlar gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm