ABŞ Türkiyəyə müasir qırıcılar göndərdi
Bizi izləyin

Dünya

ABŞ Türkiyəyə müasir qırıcılar göndərdi

ABŞ-ın Müdafiə Nazirliyi (“Pentaqon”) Türkiyənin istəyi ilə İncirlik hərbi hava bazasına 6 ədəd “F-15C” tipli döyüş təyyarələri göndərib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Peter Cook keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə bu ayın əvvəli üçün İncirlik hərbi hava bazasına 12 ədəd “F-15C” tipli döyüş təyyarələri göndərməyi ABŞ-dan xahiş edib: “Həmin təyyarələrin yarısı ötən həftədən artıq Türkiyə hərbi bazasındadır, yarısı isə yaxın günlərdə İncirlikdə olacaq. NATO-da müttəfiqimiz olan Türkiyənin ABŞ-a etdiyi xahiş əsasında göndərilən təyyarələr bu ölkənin hava sərhədlərinin daha da gücləndirilməsini təmin edəcək. Təyyarələrin əsas tapşırıqları Türkiyə hava sərhədlərini nəzarətdə saxlamaqdır”.

Xatırladaq ki, bu il oktyabrın 3-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin Hatay əyalətinin Yayladağı bölgəsinin cənubunda hava sərhədini pozub. Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu nazirliyə çağıraraq hadisə ilə bağlı ona etiraz notası təqdim edib.

Nazirlikdən bildirilmişdi ki, Rusiyanın səfiri Türkiyə XİN-ə çağırılaraq, bu sayaq əməllərin bir daha təkrarlanmaması üçün tədbirlərin görülməsi tələb edilib: "Əks halda, baş verə biləcək arzu edilməyən bütün hadisələrin məsuliyyətini Rusiya daşıyacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm