İŞİD MDB ölkələrinə hücum edə bilər: generaldan şok xəbərdarlıq
Bizi izləyin

Dünya

İŞİD MDB ölkələrinə hücum edə bilər: generaldan şok xəbərdarlıq

“MDB-nin Əfqanıstanla sərhədlərində 4,5 min terrorçu var”.

Publika.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidməti rəhbərinin müavini, MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya xidmətinin rəhbəri general-polkovnik Aleksandr Manilov deyib.

Bundan ciddi narahat olduqlarını dilə gətirən A. Manilov vəziyyətin MDB ölkələrinin bütün sərhəd xidməti rəhbərlərində həyəcana səbəb olduğunu qeyd edib: “Yəni Suriyada, yaxud digər ölkələrdə fəaliyyət göstərən İŞİD kimi terror təşkilatları artıq bizim sərhədlərimizdən uzaq deyil”.

Onun sözlərinə görə, MDB üçün ən mürəkkəb vəziyyət Əfqanıstanda müşahidə olunur: “Bundan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tacikistan və Qırğızıstan kimi ölkələrin sərhəd təhlükəsizliyinə kömək edir. Sərhədlərin möhkəmləndirilməsi üçün proqram hazırlanıb. Bu baxımdan, kim birliyin sərhədlərində stabilliyi pozmağa cəhd edəcəksə, bunun qarşısını almağa hazırıq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm