FTB-dən amerikalılara xəbərdarlıq: Partladacaqlar
Bizi izləyin

Dünya

FTB-dən amerikalılara xəbərdarlıq: Partladacaqlar

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Parisdəki terror aktlarının nümunəsi üzrə ABŞ-da terrorçuların hücumları haqqında xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.

“FTB-də oxşar hücumlarla bağlı narahatçılıq mövcuddur”, - telekanalın müxbiri deyib.

Onun sözlərinə görə, Amerika hakimiyyətinin nümayəndələri Parisdəki terror aktları haqqında informasiya almaq üçün fransalı həmkarları ilə daim əlaqə saxlayırlar.

Vaşinqton, Nyu-York və Boston da daxil olmaqla ABŞ-ın böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanlarının nümayəndələri vurğulayırlar ki, bu konkret təhlükələrə reaksiya deyil, yalnız ehtiyat tədbirlərdir.

Qeyd edək ki, ötən gecə Parisdə silsilə terror aktları həyata keçirilib. Son məlumatlara görə, 160-a yaxın insan həyatını itirib. Səkkiz terrorçunun məhv edildiyi, onlardan bir çoxunun kamikadze olduğu bildirilir.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm