İŞİD öldürdüyü qadınları buraya basdırıb
Bizi izləyin

Dünya

İŞİD öldürdüyü qadınları buraya basdırıb

Şimali İraq kürd muxtariyyətinin Peşmərgə güclərinin iki gün əvvəl İŞİD-dən azad etdiyi Şengal yaxınlığında yezidi qadınların basdırıldığı kütləvi məzarlıq tapıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə muxtar qurumun səlahiyyətliləri bildiriblər.

Məlumata görə, kütləvi məzarlıqda İŞİD terror qruplaşmasının öldürdüyü 40-80 yaşlarında olduğu təxmin edilən 78 qadının cəsədi tapılıb.

Yezidilərin məskunlaşdığı Sincar dağı və ətəyindəki Sincar qəsəbəsi 2014-cü ilin iyun ayında İŞİD tərəfindən ələ keçirilmişdi. Bölgədə 5 minə qədər kişi və yüzlərlə qadın öldürülmüş, minlərlə qadın əsir götürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm