51 etirazçı həbs edildi
Bizi izləyin

Dünya

51 etirazçı həbs edildi

Cənubi Koreyanın paytaxtı Seulda polis hökumətin təhsil və əmək siyasətinə etiraz məqsədi ilə şənbə günü keçirilən aksiya iştirakçılarından 51 nəfərini saxlayıb.

Publika.az xəbər verir ki, ölkənin 53 həmkarlar və qeyri-hökumət təşkilatından təxminən 130 min nəfərin qatıldığı aksiya 2008-ci ildən bəri iştirakçıların sayına görə ən böyük aksiya olub.

Polis gecə düşənədək davam edən aksiyanı dağıtmaq üçün yüksək təzyiqli su şırnağından istifadə edib. Ölkənin rəsmi xəbər agentliyi Yonhap-ın məlumatına görə, aksiya zamanı polis və aksiyaçılar arasında yüngül zədələnənlər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm