Ərdoğan YOX dedi: “Əsəd bu şansı çoxdan itirib”
Bizi izləyin

Dünya

Ərdoğan YOX dedi: “Əsəd bu şansı çoxdan itirib”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 (“Böyük iyirmilik”) Liderlər Zirvəsinin yekun bəyannaməsini açıqlayıb.

Publika.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan G20-nin ən əhəmiyyətli nəticəsinin terrorizmlə mübarizə mövzusunda güclü bir mövqe nümayiş etdirilməsinin olduğunu deyib.

Rəcəb Tayyib Ərdoğan yekun bəyannaməsinin açıqlandığı mətbuat konfransında Suriya prezidenti Bəşər Əsədin siyasi taleyinə toxunub. Türkiyə prezidentinin sözlərinə görə, öz xalqını qətl edən Əsədin Suriyanın gələcəyində yeri yoxdur və ola da bilməz. “Əsəd bu şansını çoxdan itirib. Unudulmamalıdır ki, suriyalı qaçqınlar İŞİD və Əsəd rejimini dövlət terrorundan qaçırlar”, - Ərdoğan söyləyib.

Prezident terror təşkilatları arasında ayrı-seçkiliyin edilməsinə də qarşı olduqlarını dilə gətirib: “Bu təşkilatlar arasında ayrı-seçkilik edən hər kəs və hər ölkə bizim gözümüzdə terrorizmlə mübarizə mövzusunda səhv yoldadırlar. İŞİD, “Əl-Qaidə”, “Boko Haram”, PYD, YPG və DHKP kimi terror təşkilatlarına qarşı eyni qərarlılıqla mübarizə aparılmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm