Ən qanlı terror qruplaşması İŞİD deyil: terrorçular və qurbanlarının SİYAHISI – ŞOK HESABAT
Bizi izləyin

Dünya

Ən qanlı terror qruplaşması İŞİD deyil: terrorçular və qurbanlarının SİYAHISI – ŞOK HESABAT

Avstraliyada fəaliyyət göstərən “Institute for Economics and Peace” (IEP) düşüncə mərkəzi “2015: Qlobal Terror İndeksi” adlı hesabatı dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu il üçüncü dəfə dərc olunan hesabata görə, 2014-cü ildə 32 min 658 nəfər terrorun qurbanı olub.

ABŞ-ın Merilend Universiteti tərəfindən qurulan Qlobal Terrorizm Məlumatları Bazasına (“Qlobal Terrorism Database”) istinad olunan hesabatda önə çıxan məqamlar aşağıdakılardır:

-Ötən il dünyada həyata keçirilən terror hücumlarının 51 faizi İŞİD və İŞİD-ə bağlılığını açıqlayan “Boko Haram”ın payına düşüb.

-Dünyanın ən qanlı terror təşkilatı “Boko Haram”dır. Qruplaşmanın törətdiyi terror aktları nəticəsində 6 min 644 nəfər ölüb. İŞİD-də bu rəqəm 6 min 73-dür.

-Terror aktları Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriya coğrafiyasında daha geniş yayılıb. 2014-cü ildə terror aktlarının 78 faizi bu ölkələrdə həyata keçirilib.

-Terror aktlarında ən çox qurban verən ölkə 9 min 929 nəfərlə İraqdır.

-Bir il ərzində terror aktları nəticəsində ölənlərin sayında ən yüksək artım 300 faizlə Nigeriyada qeydə alınıb.

-Terror aktları nəticəsində 500-dən çox itkinin verdiyi ölkələrin sayı 5-dən 11-ə yüksəlib. Bu siyahıya Somali, Ukrayna, Yəmən, Mərkəzi Afrika Respublikası, Cənub Sudan və Kamerun daxil olub.

-Terrorun iqtisadi zərəri 2014-cü ildə ən yüksək səviyyəyə çatıb. 2013-cü ildə 32,9 milyard dollar olan zərər 2014-cü ildə 61 faiz artaraq 52,9 milyard dollar təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm