Putinin məqsədi açıqlandı
Bizi izləyin

Dünya

Putinin məqsədi açıqlandı

“Donbas hövzəsi Rusiyaya daha lazım deyil. Kreml Donbas hövzəsindən yalnız Qərblə sövdələşmək üçün istifadə etdi”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı deputat İlya Ponomaryov “Apostrof” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin hazırda Donbas əvəzinə Suriyadan istifadə edir.

“Donbas hövzəsi Rusiyada daha heç kəsə lazım deyil. Bu Krımla hesablaşmaq üçün Kremlin əvvəlki cəhdi idi. Amma bu cəhd işləmədi. İndi Suriyaya ilə bağlı eyni rol oynanılır. Suriya Donbas hövzəsinə əvəzdir. Amma bir halda ki, Donbas fəth edilmiş xüsusi “kozır”dır, Putin onu elə-belə hədiyyə etmək niyyətində deyil. Donetsk hövzəsinin ətrafında da ticarətlər olacaq”, - rusiyalı siyasətçi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm