Dünya
“Türkiyə Avropa Birliyinə girirsə, biz çıxaq”
Avropa Birliyinin (AB) Türkiyənin quruma üzvlüyü üçün müzakirələri bərpa etməsi İtaliya müxalifətini qəzəbləndirib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sağçı Şimal Liqası (Lega Nord) Partiyasının lideri Matteo Salvini Türkiyə-AB zirvəsindən sonra “Twitter”də Türkiyə əleyhinə fikirlər paylaşıb.
“Miqrantlar üçün Avropadan Türkiyəyə 3 milyard avroluq bir hədiyyə. Bəziləri də eyni Türkiyənin Avropa Birliyinə girməsini istəyir. Onlar Avropa Birliyinə girirsə, biz çıxaq”, - partiya lideri yazıb.
Əvvəllər də dəfələrlə Türkiyənin AB-yə üzvlüyü ilə bağlı sərt bəyanatlar verən Salvini miqrantlar əleyhinə çıxışları ilə tanınır.
Qeyd edək ki, dünən Türkiyə və AB arasında aparılan danışıqlar başa çatıb. Danışıqların nəticələrinə görə, Türkiyə AB qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, gələn ilin oktyabr ayından etibarən bu ölkə ilə AB arasında vizasız rejim tətbiq ediləcək.
Türkiyə ilə AB arasında daha 3 məsələ öz həllini tapıb.
1. AB qaçqınların vəziyyəti ilə bağlı edilən yardımları nəzərdən
keçirəcək.
2. Türkiyə burada yaşayacaq suriyalı qaçqınların işlə təmin edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək. Hər il Avropa Birliyi ilə Türkiyə arasında bir toplantı keçiriləcək.
3. İl ərzində 2 sammit keçiriləcək.
Bundan əlavə, AB Türkiyəyə 3 milyard avro yardımı öz öhdəsinə götürüb.
Ömər Dağlı
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO