Dünya
Ərdoğandan dəqiq mesaj: “15 min əsgər döyüşə hazırdır”
“PYD-dən gələ biləcək hər hansı təhlükəyə qarşı 15 min əsgər sərhəddə tankı və topu ilə hazır vəziyyətdədir”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“'Koalisiya güclərinin mübarizəsi ilk növbədə İŞİD və digər terror təşkilatlarına qarşıdır. Bütün terror təşkilatlarına qarşı olduğumuzu hər vaxt söylədik. İŞİD-ə qarşı koalisiya gücləri ilə birlikdə mübarizə aparırıq. Obama ilə də danışdıq, əməliyyatlar davam edəcək. Havadan koalisiya gücləri, quruda isə Azad Suriya Ordusu mübarizə aparacaq. 15 min əsgər sərhədimizdə ola biləcək hər hansı təhlükəyə qarşı tankı və topu ilə hazır vəziyyətdədir”, - Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Ankara Suriyanın şimalında - Fərat çayının qərbində PYD (PKK terror təşkilatının Suriya qolu) üçün “qırmızı xətt” çəkib. Türkiyə İŞİD-dən azad ediləcək bölgəyə PYD deyil, Azad Suriya Ordusunun daxil olmasını istəyir. Ankara dəfələrlə bəyan edib ki, PYD Fərat çayının qərbinə keçəcəyi halda vurulacaq.
Ömər Dağlı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər