Dünya
Qanuni Sultan Süleymanın məzarı tapıldı
Osmanlı imperiyasının 10-cu sultanı olan Qanuni Sultan Süleymanın məzarı Macarıstanda tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı macarıstanlı alimlərin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.
Türkiyəli səfir məzarın Sigetvar qalasının yaxınlığında tapıldığını deyib. Məlumata görə, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı Sigetvar qalasının zəbti zamanı 72 yaşında dünyasını dəyişən sultanın daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyə məscidində dəfn edilmişdi.
Qeyd edək ki, Qanuni Sultan Süleyman Osmanlıya 1520-1566-cı illərdə rəhbərlik edib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi