Üçüncü Dünya müharibəsi buna mane olacaq – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Üçüncü Dünya müharibəsi buna mane olacaq – ŞOK PROQNOZ

“Üçüncü Dünya müharibəsi Mars planetinin mənimsənilməsinə mane ola bilər”.

Publika.az xəbər verir ki, bun barədə “SpaceX” və “Tesla” şirkətlərinin İdarə heyətinin sədri, texnologiyanın dahilərindən hesab olunan amerikalı milyarder Aylon Mask GQ jurnalına müsahibəsində deyib.

Müsahibəsində layihələri haqqında danışan Maskın fikrincə, başqa planetdə ehtiyat postun tikintisi bəşəriyyətin mənəvi borcudur. Mask bunu kompüterdəki orijinal məlumatların köçürülməsi ilə müqayisə edir. Milyarder qeyd edib ki, onu uçuşun texniki çətinlikləri deyil, Yer kürəsindəki siyasi hadisələr narahat edir.

“Marsda özünü təmin edən bazanı tikmək lazımdır. Hesab edirəm ki, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalını kənara qoymaq lazım deyil. 1912-ci ildə dünyanın çiçəklənməsinin yeni əsrini elan etdilər. Bildirdilər ki, daha müharibələr olmayacaq. Və ardında birinci və ikinci dünya müharibələri, ardınca isə soyuq müharibə dövrü başladı, - Mask qeyd edib.

Milyarder real nüvə silahından istifadəni nəzərdə tutur. Bundan başqa, o, hesab edir ki müharibəni müasir texnologiyalara qarşı etiraz hərəkatı, həmçinin dini ekstremizmin yayılması müşayiət edə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm