Terrora görə 47 nəfər edam olundu
Bizi izləyin

Dünya

Terrora görə 47 nəfər edam olundu

Terrorizmlə mübarizəyə başladığını elan edən Səudiyyə Ərəbistanında terror qruplaşmalarla əlaqəsi olan 47 nəfəri edam edilib.

Publika.az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

Məlumatda bildirilir ki, cəzalandırılanlar arasında Səudiyyə Ərəbistanında “Əl-Qaida” qrupaşmasının liderləri və şiə qruplaşması olan “Nimr an-Nimr”in üzvləri də var. Onların hər ikisi 2014-cü ildə ölüm cəzasına məhkum edilib.

Mənbənin məlumatına görə, həbs olunan şəxslərin əksəriyyəti 2003-2006-cı illlərdə Səudiyyə Ərəbistanında silsilə hücumlar törətməkdə təqsirkar bilinirlər.

"Reuters”in məlumatına görə, İran şiə liderlərini cəzalandırmağın Səudiyyə Ərəbistanına baha başa gələcəyi ilə bağlı bəyanat yaymışdı.

Qeyd edək ki, bir qədər öncə “The Independent” Səudiyyə Ərəbistanının terrorizmlə mübarizədə 50-dən artıq şəxsin başını kəsməyi planlaşdırdığını yazmışdı. Məlumatda bildirilirdi ki, onların arasında üç azyaşlı da var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm