Bu ölkədə 9 milyon təhsilsiz insan var
Bizi izləyin

Dünya

Bu ölkədə 9 milyon təhsilsiz insan var

İranda 9 milyon təhsil almamış insan var.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran təhsil nazirinin müavini Əli Bağirzadə bildirib.

O, təhsil sistemində geriləmə müşahidə olunduğunu qeyd edib:
“1997-ci ildə savadsızlığın bitdiyi il elan olansa da, hazırda ölkədə 9 milyon təhsilsiz insan var”.

Qeyd edək ki, İranda Şah rejimi dövründə təhsilsiz insanların sayı olduqca çox idi. İslam inqilabından sonra “ təlim alma hərəkatı” adı altında ucqar kəndlərdə savadsız insanlar qeydiyyatdan keçirilib, yaşından asılı olmayaraq məcburi ilkin təhsili alırdılar. Lakin bu hərəkatın təsiri o qədər də çox olmayıb.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm