Diktatora qızıldan 36 metrlik abidə ucaltdılar - FOTOLAR
Bizi izləyin

Dünya

Diktatora qızıldan 36 metrlik abidə ucaltdılar - FOTOLAR

Çinin Xenan əyalətində Mao Szedunun xatirəsinə ucaldılan 36,6 metrlik qızıl abidənin inşası başa çatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, abidə 15 mərtəbəli bina hündürlüyündədir.

Xenan əyalətinin rəhbərliyi bildirib ki, Szedunun belə hündür abidəsinin ucaldılması təşəbbüsünü yerli fermerlər və iş adamları irəli sürüblər.

Abidə betonla bərkidilib və qızıl örtüklə bəzədilib. Bu məqsədlə büdcədən 460 000 dollar pul xərclənib.

Bu qədər pul itkisinə baxmayaraq, abidənin müəllifləri əmindirlər ki, layihə vilayətə turist axınını gücləndirəcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm