İngilis səfir Xarici İşlər Nazirliyinə çağırıldı
Bizi izləyin

Dünya

İngilis səfir Xarici İşlər Nazirliyinə çağırıldı

İngiltərədəki türk diplomatların bank hesablarının dondurulmasından sonra bu ölkənin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfirə diplomatların hesablarının dondurulmasının diplomatik əlaqələr haqqında Vyana müqavilələrinə zidd olduğu bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç təşkil etdiyi həftəlik mətbuat konfransında İngiltərənin verdiyi qərarın 2014-2015-ci illərdə Cənubi Kipr məhkəməsinin qərarı çərçivəsində qəbul olunduğunu deyib. O, etirazın Türkiyənin Londondakı səfirliyi tərəfindən İngiltərənin lazımı dövlət orqanlarına çatdırıldığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm