Müsəlman qadını Trampın mitinqindən qovdular - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Müsəlman qadını Trampın mitinqindən qovdular - VİDEO/FOTO

Müsəlman qadın ABŞ prezidentliyinə namizəd Donald Trampın seçkiqabağı mitinqindən qovulub.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisə yanvarın 7-də Cənubi Karolina ştatının Rok-Xill şəhərində baş verib.

Nəşrin məlumatına görə, 56 yaşlı müsəlman qadın Rouz Həmid mitinqə Suriya qaçqınlarını müdafiə etmək üçün gəlib. O, suriyalı qaçqınları İŞİD terror qruplaşmasının döyüşçüləri ilə əlaqələrdə ittiham edən milyarderə etiraz edib.

Qadın Trampın çıxış etdiyi tribunanın arxasında oturmuşdu. Tramp Suriya miqrantlarından danışan vaxt köynəyində “Salam, mən sülhlə gəldim” yazılan Həmid ayağa qalxır və etirazını susaraq ifadə edir. Bundan dərhal sonra mitinq iştirakçıları qadını fitə basırlar. Hətta Trampın tərəfdarlarından bəziləri qışqıraraq onda bomba olduğunu bildirirlər. Polis isə qadını zaldan çıxarır.

Qeyd edək ki, amerikalı milyarder ötən ayda müsəlmanların ABŞ-a girişinin qadağan olunmasını təklif edib. Siyasətçinin bu bəyanatı geniş ictimai rezonans doğurub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm