Rusiya Ermənistana kəşfiyyat təyyarələri yerləşdirdi
Bizi izləyin

Dünya

Rusiya Ermənistana kəşfiyyat təyyarələri yerləşdirdi

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında “Taxion” müasir pilotsuz uçuş aparatları yerləşdirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

“Taxion” uçuş aparatları müxtəlif hava şərtlərində, gündüz və gecə vaxtı 40 kilometrə qədər məsafədə kəşfiyyat məlumatları toplaya bilir. Mətbuat xidmətinin məlumatına görə, Kamxud və Alaqyaz yüksək dağ poliqonlarında keçiriləcək təlimlərdə uçuş aparatlarından istifadə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm