Ekspert: “Rusiya üçün əlverişlidir ki...”
Bizi izləyin

Dünya

Ekspert: “Rusiya üçün əlverişlidir ki...”

“Ukrayna ilə üçtərəfli əlaqə qrupunun rusiyalı nümayəndəsi Boris Qrızlovun Kiyevə səfəri onu göstərir ki, Rusiya Donbas hövzəsinin Ukraynanın tərkibinə qayıdışı yollarını axtarır”.

Publika.az xəbər verir ki, bunu “5-ci kanal”ın efirində jurnalist Denis Kazanskiy deyib.

“Qrızlovun Kiyevə səfəri ilə eyni zamanda Donbas hövzəsində maraqlı hadisələr baş verir. Yəni, biz bilirik ki, orada son günlər ərzində bir neçə səhra komandiri - Qorlovkanın keçmiş komendantı Bosman, həmçinin “Pişik” ləqəbli Yevgeni Konanov öldürülüb”, - Kazanskiy qeyd edib.

Onun sözlərinə görə, hazırda “Donetsk Xalq Respublikası” separatçı rejiminin rəhbəri Aleksandr Zaxarçenkoya tabe olmayanların təmizlənməsi işi aparılır. O, bu prosesin Luqanskda da baş verdiyini bildirib: “Görünür ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin işğal edilmiş ərazilərini Ukraynaya geri təhvil erməyə çalışır. Rusiya üçün əlverişlidir ki, Donbas Ukraynanın tərkib hissəsi kimi qalsın, amma Rusiyanın istədiyi kimi səs versinlər. Bundan başqa, Rusiya üçün sərfəlidir ki, Kiyevin tamamilə nəzarət etmədiyi Donbas xüsusi statusa malik olsun. Fikrimcə, hazırda bu baş verir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm