Pərviz Müşərrəf bəraət aldı
Bizi izləyin

Dünya

Pərviz Müşərrəf bəraət aldı

Pakistan məhkəməsi keçmiş prezident Pərviz Müşərrəfə bəraət verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, 2006-cı ildə Bəlucistan vilayəti millətçilərinin lideri Əkbər Buqtinin ölümündə təqsirli bilinirdi.

Pərviz Müşərrəf 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bununla yanaşı, onun bir neçə digər cinayət hadisələrində də adı hallanırdı. “Məhkəmə keçmiş prezident Pərviz Müşərrəfə və adları hallanan digər şəxslərə qarşı bütün ittihamları ləğv edib”,- deyə adı cinayət işində keçən sabiq daxili işlər naziri Aftab Şerpao deyib.

Bununla yanaşı, P. Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etdiyi və Ali Məhkəmənin sədrinin həbs etdirdiyi üçün dövlət çevrilişində də ittiham edilir. O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm