“Mehmetcik” hərəkətə keçib – Qətərdən sonra Somali
Bizi izləyin

Dünya

“Mehmetcik” hərəkətə keçib – Qətərdən sonra Somali

Regional güc statusuna yiyələnmək istəyən Türkiyə Yaxın Şərq və Afrikada hərbi varlığını gücləndirmək üçün addımlar atır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Bəsrə körfəzindən sonra Ədən körfəzində - Somalidə də hərbi baza qurur.

Somali Qırmızı dənizdən Ədən körfəzinə açılan nöqtədə yerləşir və uzun dəniz sahilinə sahib ölkədir. Somali Afrikanın ən inkişaf etmiş ölkələri olan Keniya və Efiopiyaya gedən yola da nəzarət edir.

Türkiyə Somaliyə illərdir əhəmiyyətli yardımlar edir. Bu yardımlar hərbi sahədə də özünü göstərəcək. Məlumata görə, təxminən 10500 somalili əsgər Türkiyənin bu ölkədə quracağı bazada hərbi təlim alacaq. Bir partiyada təxminən 500 əsgərin təlim alacağı baza 2016-cı ilin iyun ayına kimi istifadəyə veriləcək. Bazada 200 türk əsgəri xidmət edəcək.

Somalidə “Əl-Qaidə”nin qolu hesab olunan “Eş-Şebab”ın hücumlarıilə əlaqədar olaraq təxminən 80 milyon hektarlıq ərazi əkilmir. Dövlətin ciddi bir təhlükəsizlik qurumu olmadığı üçün təbii qaynaqlardan istifadə etmək qeyri-mümkün olub.

Türkiyənin diplomatik mənbələri hesab edir ki, coğrafi baxımından Afrikanın strateji ölkələrindən olan Somalidə güclənmək Türkiyənin müdafiə sənaye üçün də əhəmiyyətlidir. Türkiyə istehsal etdiyi kiçik və orta ölçülü silahlar üçün yeni bazarlar axtarır. Bunun üçün isə Afrika və Yaxın Şərq bölgəsində bir sıra addımlar atılır.

Türkiyə üçün geosiyasi əhəmiyyətə sahib olan Qətərdə də hərbi baza qurulacaq. 2014-cü ilin dekabr ayında Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin Ankara səfərində bu barədə razılıq əldə edilib. 2015-ci ilin noyabrında ilk birgə hərbi təlimlər keçirilib. Təlimlərə gedən 100 türk əsgəri geri dönməyib. Bununla da bazanın qurulması üçün ilk addım atılıb. Bazanın istifadəyə verilməsi ilə burada təxminən 3 min türk əsgəri xidmət edəcək. Hərbi ekspertlər Türkiyənin Yaxın Şərqdə hərbi gücünü ortaya qoyması üçün Qətərin strateji əhəmiyyətə sahib ölkə olduğunu bildirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm