Gürcüstan Rusiyadan qaz istəyir
Bizi izləyin

Dünya

Gürcüstan Rusiyadan qaz istəyir

ABŞ-ın Gürcüstandakı səfiri İan Kelli Gürcüstan hökumətinin “Qazprom” la danışıqlara başlamasını dəstəkləyib.

Səfir “Rustavi-2” televiziyasına deyib ki, Gürcüstan energetika sahəsində 1 ölkədən asılı olmamalıdır. Bununla belə diplomat ümid edir ki, Gürcüstan hökuməti Rusiya ilə münasibətlərdə hansı riskə getdiyini başa düşür.

Qeyd edək ki, Gürcüstan hazırda işlətdiyi qazın 85 faizindən çoxunu Azərbaycandan alır.

Kelli qeyd edib ki, Gürcüstan enerji mənbələrinin şaxələnməsinə nail olmalıdır və bununla bağlı hökumətin izahını qəbul edir.

Səfir həmçinin Rusiya ilə danışıqların şəffaf olacağına ümidlə yanaşdığını qeyd edib.

Rusiyanın 2008-ci ildə Gürcüstan ərazisini işğal etməsi ilə bağlı suala gəldikdə isə səfir bundan narahat olduqlarını bildirib və qeyd edib ki, yəqin ki, Gürcüstan hökumətinin bu vəziyyətdən doğan bütün riskləri başa düşür.

Bu məsələ Gürcüstan müxalifətinin narazılığına səbəb olub.

Müxalifət baş nazir Georgi Kvirikashvili hökumətini ölkənin uzunmüddətli maraqlarını əldən verməkdə günahlandırır.

Buna görə Tbilisi və ölkənin digər şəhərlərində “Qazproma yox” devizi ilə aksiyalar keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm