Dünya
Ailə qətli: Biznesmen axırda özünü öldürdü
Rusiyanın Krasnoyarsk diyarında 39 yaşlı kişi uşaqlarını və arvadını, sonra isə özünü güllələyib.
Publika.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Region üzrə İdarəsinin saytında yanvarın 24-də yerləşdirilən məlumatda bildirilir ki, kişinin, onun 38 yaşlı hamilə arvadının, 17 və 9 yaşlı övladlarının meyitləri Artyomovsk şəhərində fərdi yaşayış evlərindən birində yanvarın 23-də qohumları tərəfindən aşkarlanıb.
İstintaqın versiyasına görə, iş adamı olan ev sahibi yaxınlarını yatdıqları yerdə güllələyib. Ballistik, genetik və məhkəmə-tibbi ekspertizalar təyin olunub. Ehtimal olunur ki, kişi ailə üzvlərinə 16 mm çaplı qoşalülə tüfəngdən atəş açıb.
Bəzi məlumatlara görə, cinayətin səbəbi meşəçilik sahəsində bizneslə məşğul olan kişinin külli miqdarda kredit borcunu qaytara bilməməsi və maddi çətinlik çəkməsi ola bilər.
Faktla bağlı cinayət işi başlanılıb. (APA)
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər